Avropanın fatehləri Bakıda möhtəşəm mənzərə ilə qarşılaşdı - VİDEOREPORTAJ

14 İyun 2022 01:50 Milli komanda 843
Avropanın fatehləri Bakıda möhtəşəm mənzərə ilə qarşılaşdı - VİDEOREPORTAJ

Mini-futbol üzrə Avropa çempionu olan Azərbaycan millisi turnirin keçirildiyi Slovakiyanın Koşitse şəhərindən vətənə qayıdıb.

Sportinfo.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında minifutbolçuları idman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları, jurnalistlər və minifutbolsevərlər qarşılayıblar.

Elşad Quliyevin baş məşqçi olduğu kollektiv Avropa çempionatının finalında Rumıniyanı məğlubiyyətə uğradıb - 1:0. Bununla da Azərbaycan millisi tarixində ilk dəfə qitə çempionu olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti