"Bu gün daha çox yoruldum - Üzərimizdə psixoloji təzyiq var idi"

14 İyun 2022 01:00 Milli komanda 963
"Bu gün daha çox yoruldum - Üzərimizdə psixoloji təzyiq var idi"

"Çətin qələbə oldu. Rəqib yaxşı müdafiə olunurdu. Hücuma keçməkdə çətinlik çəkirdik.

Önəmli olan qalib gəlmək idi. Uzun müddət idi ki, qələbə qazanmırdıq. Bu baxımdan üzərimizdə psixoloji təzyiq var idi".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin kapitanı Emin Mahmudov Bakıda Belarus yığmasına 2:0 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.

30 yaşlı yarımmüdafiəçi bildirib ki, komandada yorğunluq hiss ounurdu:

"10 günə 4 oyun çətindir. Bu gün daha çox yoruldum. Qələbə qazandıq. Yorulsam da, heç nə olmaz".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti