Azərbaycan millisi 3 xalı 2 qolla qazandı - YENİLƏNİB

13 İyun 2022 21:50 Milli komanda 2 072
Azərbaycan millisi 3 xalı 2 qolla qazandı - YENİLƏNİB

Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək.

Sportinfo.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda Bakıda Belarusu qəbul edəcək.

"Dalğa Arena"da oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Görüşü yunanıstanlı Anastasios Papapetrunun rəhbərlik etdiyi hakimlər idarə edəcək.

Komandalar arasında II tura təsadüf etmiş matçda qolsuz bərabərlik qeydə alınıb.

Azərbaycan millisi ilk turda səfərdə Qazaxıstana 0:2, III turda evdə Slovakiyaya 0:1 hesabı ilə uduzub. Rəqib isə birinci qarşılaşmasında Slovakiyaya yenilib, III turda Qazaxıstanla heş-heçə edib - 1:1.

Hazırda Qazaxıstan 7 xalla C Liqasının 3-cü qrupuna başçılıq edir. Slovakiyanın 6, Belarusun 2, Azərbaycanın isə 1 xalı var.

IV tur

20:00. Azərbaycan - Belarus 2:0

Qollar: Mahir Emreli, 76, Ramil Şeydayev, 90+3

Baş hakim: Anastasios Papapetru (Yunanıstan)

Azərbaycan:
Qapıçı: 12. Şahruddin Məhəmmədəliyev

Müdafiəçilər: 18. Cəlal Hüseynov, 4. Bəhlul Mustafazadə, 15. Bədavi Hüseynov

Yarımmüdafiəçilər: 3. Azər Salahlı, 8. Emin Mahmudov (K), 13. Abbas Hüseynov, 14. Eddi İsrafilov, 20. Riçard Almeyda.

Hücumçular: 9. Renat Dadaşov, 11. Ramil Şeydayev.

Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Səlahət Ağayev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Coşqun Diniyev, 7. Namik Ələskərov, 10. Mahir Emreli, 16. Dimitri Nazarov, 17. Toral Bayramov, 19. Anton Krivotsyuk, 21. Anatoli Nuriyev, 22. Aleksey İsayev

Belarus:
Qapıçı: 12. Pavel Pavlyuçenko

Müdafiəçilər: 2. Kiril Peçenin, 4. Ruslan Xaderkeviç, 6. Serji Politeviç, 8. Hleb Şauçenka

Yarımmüdafiəçilər: 3. Valeri Baçaru,5. Vladislav Malkeviç, 14. Yevgeni Yablonski (K), 9. Maks Ebonq

Hücumçu: Vladislav Klimoviç

Ehtiyat oyunçular: 1. Yeqor Katkeviç, 16. Maksim Plotnikov, 7. Artem Baykov, 11. Eqor Baqomolski, 13. Dimitri Bessmetri, 15. Ruslan Yudenkov, 17. Denis Qreçiko, 18. Pavel Sedko, 20. Zaxar Volkov, Roman Bequnov, 23. Valeri Qromuko

Bakı. "Dalğa Arena"

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti