De Byazi millinin futbolçularını necə BOĞAZA YIĞIB?

13 İyun 2022 13:00 Milli komanda 1 852
De Byazi millinin futbolçularını necə BOĞAZA YIĞIB?

Bu gün Azərbaycan millisi növbəti oyununa çıxacaq.

Yığmamız Millətlər Liqasında II dövrəyə start verəcək.

İlk üç oyunda nəinki qələbəyə, hətta qola da həsrət qalan Canni de Byazinin komandası Bakıda Belarusla qarşılaşacaq. Qrup autsayderlərinin görüşü sonuncu pillənin taleyi baxımından böyük önəm kəsb edir.

Məğlubiyyət millimizi D liqasına düşməmək uğrunda pley-offa daha da yaxınlaşdıra bilər. Keçirdiyi bütün matçlarda istəyinə çata bilməyən komanda “Dalğa Arena”dakı qarşılaşmada azarkeşlərini sevindirməyə çalışacaq.

Yunanıstanlı Anastasios Papapetrounun baş hakimi olacağı oyun saat 20:00-da başlayacaq.

AFFA rəhbərliyi bu görüş öncəsi ciddi narahatlıq içindədir. Mini-futbol yığmasının Avropa çempionu olmasından sonra üzərində basqı hiss edən federasiya mənsubları növbəti dəfə tənqidlərə tuş gələcəklərindən əndişə keçirir.

Hamı mini-futbolçuların tarixi uğurundan danışarkən, AFFA uğursuz fəaliyyəti ilə ictimai rəydə daha da gözdən düşüb.

Belə vəziyyətdə Belarus üzərində qələbə hava və su kimi vacib sayılır. Ancaq 3 xalı necə əldə etməli? İlk 3 turda 1 xalı qol vurmadan qazanan millinin düşərgəsində əhval-ruhiyyə göz oxşamır.

Bunu futbolçuların özləri də AFFA rəsmiləri ilə son söhbətlərində dilə gətirməkdən çəkinməyiblər. Komanda üzvləri De Byazidən o ki var şikayət ediblər.

Onların dediyinə görə, baş məşqçi hər dəfə eyni heyətə güvənməklə, kollektivdə bir çoxunu ruhdan salıb.

Bu azmış kimi, italyalı çalışdırıcının taktiki gedişləri, əsasən müdafiəni düşünmək barədə verdiyi tapşırıqlar oyunçularda ona qarşı ikrah hissi yaradıb.

Giley-güzarı bitməyən futbolçular onu da bildirib ki, De Byazi rəqibləri ətraflı analiz etmir, köməkçilərini dinləmir, sistemli məşq keçmir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti