"Əhval-ruhiyyəmiz o qədər də yüksək deyil, çünki 7-10 xal toplamamışıq"

13 İyun 2022 02:40 Milli komanda 767
"Əhval-ruhiyyəmiz o qədər də yüksək deyil, çünki 7-10 xal toplamamışıq"

Millətlər Liqasının 4-cü turunun Azərbaycan - Belarus matçından öncə keçirilən mətbuat konfransında rəqib komandanın futbolçusu Ruslan Yudenkov mətbuat konfransında iştirak etib.

Sportinfo.az xəbər verir ki, müdafiəçi millimizə qarşı keçiriləcək matç haqda bunları deyib:

"Əhval-ruhiyyəmiz o qədər də yüksək deyil. Çünki 7-10 xala sahib deyilik. Belə olsaydı, indi əhvalımız daha yaxşı idi.

Sabah bizim üçün ən vacib oyundu. Gördüyüm qədərilə Azərbaycan oyun strukturu olan, yaxşı komandadı.

Onlar necə futbol oynamaq lazım olduğunu yaxşı bilirlər. Topa sahib olmağı sevirlər. İlk oyunumuzu da götür-qoy etmişik. Necə olacağını sabah görəcəyik".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti