Orxan Məmmədov millini təbrik etdi, MÜHÜM MESAJ VERDİ!

12 İyun 2022 17:20 Milli komanda 1 445
Orxan Məmmədov millini təbrik etdi, MÜHÜM MESAJ VERDİ!

"Zirə"nin fəxri prezidenti Orxan Məmmədov Avropa çempionu olan Azərbaycan mini-futbol yığmasını təbrik edib.

Sportinfo.az xəbər verir ki, o, "twitter" hesabında millimizin uğuru barədə bunları yazıb:

"Slovakiyada mini-futbol üzrə Avropa çempionu olan milli komandamızın bütün üzvlərini təbrik edirəm.

Azərbaycanda yetərincə gənc futbolçular var! Ölkəmizdə futbol var və olmalıdır! Bunu yığmamız öz əməyi və nəticəsi ilə sübut etdi. Təşəkkürlər, milli!".

Orxan Məmmədov mini-futbol millisinin yarımfinal qarşılaşmasından əvvəl də komandayla onlayn görüş keçirərək onlara uğur arzulamışdı.

Digər Xəbərlər
Xəbər Lenti