U-21 millimizin oyununa təyinatlar - Bosniyadan

12 İyun 2022 02:20 Milli komanda 1 016
U-21 millimizin oyununa təyinatlar - Bosniyadan

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Drammen şəhərindəki “Marienlyst” stadionunda keçiriləcək Norveç - Azərbaycan oyununun hakimləri açıqlanıb.

Sportinfo.az AFFA-nın saytına istinaən xəbər verir ki, matçı Bosniya və Herseqovinadan Luka Bilbiya idarə edəəck.

Ona Goran Dujak, Amer Maciç köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Antoni Bandiç yerinə yetirəcək.

Oyunun 14-ü keçiriləcək görüş saat 20:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti