Belarus millisinin qapıçısı Pavel Pavlyuçenko Millətlər Liqasının C3 qrupunun 2-ci turunda Azərbaycan ilə Serbiyanın Novi Sad şəhərində keçirilmiş heç-heçəni (0:0) şərh edib.
Sportinfo.az xəbər verir ki, yerli federasiyanın rəsmi saytına danışan qolkiper qalib gələ bilməməklərini belə şərh edib:
"Üç xal qazana bilmədiyimiz üçün üzgünük. Mənə elə gəlir ki, Azərbaycan azlıqda qaldıqdan sonra onların üzərinə daha çox getməliydik.
Bizə bu qələbə və üç xal çox lazım idi. Ön planda komanda oyunudur. Bəli, bir xal qazandıq.
Amma qol buraxmağa hazır idim, yetər ki, iki qol vurub qalib gələrdik. Məsələn, 2:1. Qapımı toxunulmaz saxladım, bu da yaxşıdı. İndi Qazaxıstanı məğlub edib üç xal qazanmalıyıq".

