Millimiz Avropa çempion olarsa… 10000 manat onları gözləyir

11 İyun 2022 15:00 Milli komanda 1 455
Millimiz Avropa çempion olarsa… 10000 manat onları gözləyir

Mini-futbol üzrə Azərbaycan millisi bu gün Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında final oyununa çıxacaq.

Elşad Quliyevin baş məşqçi olduğu komanda həlledici matçda Rumıniya seçməsi ilə üz-üzə gələcək.

Bakı vaxtı ilə saat 22:15-də start götürəcək qarşılaşma "İdman TV"dən canlı yayımlanacaq. Yığma B qrupundakı ilk oyununda bu rəqibə 0:2 hesabı ilə uduzub.

Üçüncü yer uğrunda görüşdə isə Qazaxıstan Bolqarıstanı sınağa çəkəcək. Bu matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Azərbaycan yarımfinalda Qazaxıstana 3:2, Rumıniya isə Bolqarıstana 4:0 hesabı ilə qalib gəlib.

Millimiz Avropa çempionu olarsa, hər bir oyunçu 10 min manat mükafat alacaq. Bu, federasiyanın onlara ödəməyə hazır olduğu məbləğdir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyul 21:30 Çək və bizə göndər!