"Azərbaycan millisinə qol vurmaq istəyirdim, bəxtim gətirmədi"

11 İyun 2022 13:20 Milli komanda 602
"Azərbaycan millisinə qol vurmaq istəyirdim, bəxtim gətirmədi"

"Qazaxıstanla matçdan sonra sonra fərqlənmək istəyirdim. Amma bəxtim gətirmədi".

Sportinfo.az xəbər verir ki, bunu Slovakiya millisinin futbolçusu Lukaş Qaraslin Bakıda Azərbaycana 1:0 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin III tur oyunu barədə danışarkən deyib.

26 yaşlı yarımmüdafiəçi qələbə qazandıqları üçün məmnun olduğunu bildirib. Oyunçu komandasının Qazaxıstan məğlubiyyətindən sonra özünü tez bərpa etdiyini söyləyib.

Lukaş Qaraslin Azərbaycan yığması ilə görüşün 85-ci dəqiqəsində topu qapıdan keçirsə də, oyundan kənar vəziyyət qeydə alınıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti