Azərbaycan millisi növbəti oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, yığmamız Millətlər Liqasının 2022/23 mövsümündə ilk ev matçına çıxıb.
C liqasının 3-cü qrupunda çıxış edən Canni de Byazinin yetirmələri Slovakiyanı qəbul edib. Bu, komandamızın I dövrədə son sınağı olub.
Bunadək səfər oyunlarında Qazaxıstana 0:2 hesabı ilə uduzan və Belarusla qolsuz heç-heçə edən millimiz rəqibini “Dalğa Arena”da qonaq edib.
Oyunun əvvəlində slovakiyalılar daha fəal olsa da, görüşün böyük hissəsi qarşılıqlı hücumlarla keçib.
Hər iki komanda qol imkanları yaratsa da, hesab matçın taleyi son dəqiqələrdə həll olunub.
Qonaqlar Vladimir Vayssın qolu ilə 3 xal əldə edib. Bununla da I dövrəni qolsuz başa vuran millimiz üç oyunda yalnız 1 xal toplayıb.

