"Oyunun asan olmayacağını bilirdik. 90 dəqiqə də bunu təsdiqlədi".
Sportinfo.az xəbər verir ki, bunu Slovakiya millisinin futbolçusu Vladimir Vayss Bakıda Azərbaycan yığmasına 1:0 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının Liqasının qrup mərhələsinin III tur oyunundan sonra yerli mətbuata açıqlamasında deyib.
Görüşdə yeganə qolun müəllifi olan 33 yaşlı yarımmüdafiəçi fərqlənəcəklərinə inandıqlarını bildirib:
"Şadam ki, bu, baş verdi. Qrupun favoriti olduğumuzu bilirik. Təəssüf ki, bu yaxınlarda baş məşqçimiz istefaya göndərildi. Buna baxmayaraq, gücümüzü göstərdik".

