Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, Canni De Byazinin baş məşqşi olduğu komanda C Liqasının 3-cü qrupunda Slovakiyanı qəbul edib.
III tura təsadüf edən matçın əvvəli qonaqların üstünlüyü şəraitində keçsə də, tədricən təşəbbüsü ələ alan Azərbaycan millisi ardıcıl 2 epizodda təhlükəli hücumla yadda qalıb.
Əvvəlcə Azər Salahlının sol cinahda iki oyunçunu keçdikdən sonra qapı qarşısına iti ötürməsinə Emin Mahmudov istədiyi kimi zərbə endirə bilməyib. Ardınca isə Renat Dadaşov qapıçı ilə təkbətək dueldən məğlub ayrılıb. Hücumun davamında Salahlı topu ələ keçirsə də, fürsətdən yararlana bilməyib.
Hissənin sonlarına doğru Ramil Şeydayev sağ cinahda topu qəbul etsə də, qapıya zərbə endirmək mümkün olmayıb. Komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar.
Tərəflər ikinci yarıya daha ehtiyatlı başlayıblar. 46-cı dəqiqədə Renat Dadaşovun yerinə meydana Mahir Emreli daxil olub. 55-ci dəqiqədə isə Qara Qarayev Riçard Almeydanı əvəzləyib. 1 saatın tamamında qonaqların fərqlənməsinə qapıçı Şahruddin Məhəmmədəliyev mane olub.
Yığmanın kapitanı Maksim Medvedev zədələndiyi üçün 65-ci dəqiqədə Bədavi Hüseynovla əvəzlənib.
76-cı dəqiqədə rəqibin oyunçusu Lukaş Qaraslinin zərbəsi təhlükəli alınsa da, qapının yanından keçib. Baş məşqçi Canni De Byazi 79-cu dəqiqədə Abbas Hüseynova şans verib. 27 yaşlı müdafiəçi Emin Mahmudovun yerinə meydana daxil olub.
81-ci dəqiqədə Slovakiya millisinin futbolçusu Vladimir Vayss hesabı açıb. 83-cü dəqiqədə Lukaş Qaraslinin fərqi iki topa çatdırmasına Şahruddin Məhəmmədəliyev icazə verməyib. İki dəqiqə sonra Qaraslin topu qapıdan keçirsə də, oyundan kənar vəziyyət qeydə alınıb.
Beləliklə, qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə bitib - 1:0.
İlk turda Qazaxıstan seçməsinə 0:2 hesabı ilə uduzan Azərbaycan millisi daha sonra Serbiyada Belarusla qolsuz bərabərə qalıb.
Komanda iyunun 13-də IV turda Bakıda Belarus yığmasını qəbul edəcək. Qrupun digər görüşündə Qazaxıstan Belarusla qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
C liqası, 3-cü qrup
Azərbaycan - Slovakiya - 0:1
Qol: Vladimir Vayss, 81
Baş hakim: Donatas Rumsas (Litva)
Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 3. Azər Salahlı, 4. Mustafazadə, 5. Maksim Medvedev (k), 6. Höccət Haqverdi, 8. Emin Mahmudov, 9. Renat Dadaşov, 11. Ramil Şeydayev, 14. Eddi İsrafilov, 18. Cəlal Hüseynov, 20. Riçard Almeyda
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Səlahət Ağayev, 2. Qara Qarayev, 7. Namik Ələskərov, 10. Mahir Emreli, 13. Abbas Hüseynov, 15. Bədavi Hüseynov, 16. Dmitri Nazarov, 17. Coşqun Diniyev, 19. Anton Krivotsyuk, 21. Anatoli Nuriyev, 22. Aleksey İsayev
Baş məşqçi: Canni de Byazi
Slovakiya: 1. Marek Rodak, 2. Petar Pekarik (k), 3. Vernon De Marko, 4. Martin Valyent, 5. Lübomir Şatka, 6. David Strelets, 10. Albert Rusnak, 11. Tomas Suslov, 13. Patrik Hroşovski, 17. Lukas Haraslin, 22. Stanislav Lobotka
Ehtiyat oyunçular: 12. Frantişek Plaç, 23. Dominik Takaç, 7. Vladimir Vayss, 8. Ondrey Duda, 9. Kristian Herç, 14. İvan Mesik, 15. Martin Reqali, 16. Martin Koselnik, 18. İvan Şrans, 19. Yuray Çvatal, 20. Ladislav Almasi, 21. Matuş Bero
Baş məşqçi: Samuel Slovak
|
1 |
Qazaxıstan |
2 |
2 |
0 |
0 |
3-0 |
6 |
|
2 |
Slovakiya |
3 |
2 |
0 |
1 |
2-1 |
6 |
|
3 |
Belarus |
2 |
0 |
1 |
1 |
0-1 |
1 |
|
4 |
Azərbaycan |
3 |
0 |
1 |
2 |

