"Milli komandanın qələbəsi bir kənara, artıq neçə oyundu qol da vura bilmirik"

10 İyun 2022 19:00 Milli komanda 879
"Milli komandanın qələbəsi bir kənara, artıq neçə oyundu qol da vura bilmirik"

"De Byazi tez-tez rotasiyalara əl atır, hamıya şans vermək istəyir.

Amma futbol ictimaiyyəti artıq ondan nəticə istəyir.

Uşaqlar da belə durumda bir-birinə uyğunlaşa bilmir. Xəttlər arasında bağlılıq yoxdur. Bu, açıq-aşkar hiss olunur".

Bu sözləri Sportinfo.az-a açıqlamasında Ramiz Məmmədov dilə gətirib.

Təcrübəli futbol mütəxəssisi futbolçular arasındakı anlaşılmazlığın rotasiyalardan əlavə həm də zaman azlığı ilə bağlı olduğunu bildirib:

"Hə, başa düşürük ki, zaman azdır. Bir yerdə çox yoxlama oyunları keçirmək mümkün olmadı.

Böyük yığmalarda futbolçuların ustalıq səviyyəsi zamanın azlığın aradan qaldırır, amma bizim kimi millilərdə buna mütləq uzun zaman lazımdır. İmkan olmadı, ancaq rəsmi oyunlardan əvvəl 1-2 yoxlama oyunu keçirə bilsək, yaxşı olardı".

Məmmədov istənilən halda yaranmış situasıyanı yığmamız adına uğursuzluq adlandırıb:

"Qonşu dövlətlərin adını çəkməkdən yorulduq. De Byazi hər dəfə deyir şansımız gətirmədi. Bir komandanın şansı nə qədər gətirməyə bilər axı?

Ümid edək ki, nəhayət, Slovakiya ilə oyunda bizim şansımız gətirsin qələbə qazanaq.

Qazaxıstan səfərdə bu komandanı udursa, gərək ki, biz də doğma meydanda onları udaq. Bizim də bir qələbəmiz olsun. Qələbə bir kənara, artıq neçə oyundu qol da vura bilmirik".

O, qrup birinciliyi uğrunda gedən mübarizəyə qoşulmaq üçün axşamkı matçda qələbənin önəminə xüsusi diqqət çəkib:

"Slovakiya üzərində qələbə qazana bilsək, qrupa da yeni rəqabət qatmış olacağıq. Görsünlər ki, bizdə də mübarizə var.

Həm də heç olmasa, bundan sonrakı oyunlarda meydana çıxmağa bir səbəbimiz, hədəfimiz qalsın. Güclü yığmalar heç bu turnirə ciddi yanaşmır.

Amma bizim səviyyədə yığmalar üçün yaxşıdır ki, nisbətən zəif rəqiblər üzərində qələbələr qazanıb reytinq xalımızı da yüksəldək. Millətlər Liqası bizə fürsətdir. Bu fürsətdən də maksimum yararlanmalıyıq".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti