Gənclər və idman naziri Fərid Qayıbov və “Zirə” Futbol Klubunun fəxri prezidenti Orxan Məmmədov mini-futbol üzrə milli komandamızın üzvləri ilə görüşüb
Sportinfo.az xəbər verir ki, onlar yarımfinal öncəsi onlayn formatda mini-futbol üzrə yığmanın üzvləri ilə görüşərək qalibiyyət münasibətilə komandanı təbrik edib, yarımfinalda uğurlar arzu ediblər.
Komandanın baş məşqçisi Elşad Quliyev diqqətə görə komanda adından təşəkkür edib.
Yarımfinalda Qazaxıstanla qarşılaşacaq millimizin matçı bu gün Bakı vaxtı ilə saat 20:30-da Koşitsenin “Steel” arenasında start götürəcək.



