Salyanskinin dublu Azərbaycan millisinə qələbə qazandırdı

10 İyun 2022 21:40 Milli komanda 1 546
Salyanskinin dublu Azərbaycan millisinə qələbə qazandırdı

Qəbələdə təlim-məşq toplanışını başa vuran 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası sonuncu yoldaşlıq oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, qazaxıstanlı yaşıdları ilə qarşılaşan Azərbaycan millisi 2:1 hesablı qələbə qazanıb.

Millinin hər iki qolunu 57 və 77-ci dəqiqələrdə Ağadadaş Salyanski vurub.

Bu komandalar arasında iyunun 7-də keçirilmiş ilk oyunda 1:1 hesablı heç-heçə qeydə alınmışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti