“Canni De Byazinin millidə qaldığı hər gün itkidir”.
Bu sözləri “Sportinfo TV“yə açıqlamasında yığmanın sabiq forvardı Vaqif Cavadov deyib.
Ölkəmizin bir nömrəli komandasının UEFA Millətlər Liqasının yeni mövsümünə uğursuz start verməsinin səbəblərindən danışan keçmiş hücumçu bunda baş məşqçini günahkar bilib.
O, italiyalı mütəxəssisin Qazaxıstan və Belarusla görüşlərdə düzgün olmayan qərarlar verdiyini söyləyib:
“Milli onun rəhbərliyi altında 2 ildir çox pis çıxış edir. Nə oyun var, nə də nəticə.
AFFA De Byazini təcili istefaya göndərməlidir. Onu burada saxlamaq yanlışdır“.

