Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.
C liqasında çıxış edən yığmamız ilk ev maçına çıxacaq.
3-cü qrupda mübarizə aparan Canni de Byazinin komandasıSlovakiyanı qəbul edəcək.
Ötən turda gözlənilmədən Qazaxıstana uduzan slovakiyalılar Bakıya qrup ikincisi kimi gəlib. Qələbə və qol həsrətində olan yığmamız isə sonuncu sırada qərarlaşıb.
2022-ci ildə keçirdiyi yoxlama oyunlarında da quru hesabla uduzan millimiz qol həsrətinə “Dalğa Arena”da son qoymağa çalışacaq.
Bu, yığmamızın I dövrədə son oyunu olacaq. Komandamız cəmi 3 gündən sonra Belarusu qəbul edərək II dövrəyə başlayacaq.
Qarşıdakı matçlar De Byazi üçün həlledici xarakter daşıyır. AFFA rəhbərliyi ilk 2 turdakı nəticələrdən və sərgilənən oyundan narazıdır.
Bununla bağlı baş məşqçiyə ciddi irad tutulub. İtalyana turnirdən öncəki müzakirədə danışılanlar xatırladılıb.
Bildirilib ki, uğursuz çıxışa bu dəfə də son qoyulmasa, onunla müqaviləyə vaxtından əvvəl xitam verilə bilər.
Başqa sözlə, Slovakiya və Qazaxıstanla oyunlada qeydə alınacaq göstəricilərə əsasən, gələcək fəaliyyəti barədə qərar veriləcək.
SPORTİNFO.AZ

