
Bu gün Bakı Olimpiya Stadionunda keçirilən Avropa Liqasının final oyunu ilə bağlı əcnəbi qonaqlar şəhərimizə gəlib.
Sportinfo.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin əməkdaşları Azərbaycana gələn turistləri xüsusi hədiyyələrlə qarşılaıb.
Belə ki, xanım azarkeşlərə gül dəstələri, kişilərə isə üzərində “Tofiq Bəhramov - 1966” sözləri yazılmış brelok hədiyyə olunub.
Aksiyada məqsəd çoxsaylı turistlərə azərbaycanlıların qonaqpərvərliyini nümayiş etdirmək və Azərbaycan haqqında son günlərdə olar-olmaz bir çox yalan və qorxunc məlumatlarla qarşılaşmış avropalı qonaqların əhval-ruhiyyəsini qaldırmaqdı.