Azərbaycanlı futbolçular Super Liqada yerli statusu ilə oynayacaq?

28 Mart 2023 23:20 Bizimkilər 553
Azərbaycanlı futbolçular Super Liqada yerli statusu ilə oynayacaq?

"Qalatasaray" türk dövlətlərindən olan futbolçuların Super Liqada legioner sayılmaması üçün Türkiyə Futbol Federasiyasına təklif göndərəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə "Habertürk" nəşri məlumat yayıb. "Sarı-qırmızılar" yaxın zamanda TFF-yə rəsmi şəkildə müraciət edəcək.

Bir müddətdir bu məsələ ilə bağlı işlər görən İstanbul təmsilçisi TFF-yə Portuqaliya ilə Braziliya arasında olan münasibətləri nümunə göstərəcək.

Braziliya və Portuqaliya arasında olan razılığa əsasən, hər iki ölkənin vətəndaşları bir-birinə viza almadan gedir, iş izni almadan rahat şəkildə işləyə bilirlər. Bu anlaşma yüzlərlə futbolçuya da şamil edilir.

Türkiyə Futbol Federasiyası "Qalatasaray"ın təklifini qəbul etsə, azərbaycanlı futbolçular bu ölkədə yerli statusu ilə oynaya biləcəklər.

Digər Xəbərlər
Xəbər Lenti