Monteneqrolu müdafiəçini Bakıdan didərgin salan SƏBƏB

25 Yanvar 2022 19:00 Şamaxı 774
Monteneqrolu müdafiəçini Bakıdan didərgin salan SƏBƏB

"Keşlə"də növbəti ayrılıq dünən gerçəkləşdi. Anatole Abanq, Azər Salahlı, Omar Qudiabi və Con Kamaranın ardından Miyuşko Boyoviçlə də yollar ayrıldı.

Əslində Monteneqrolu futbolçu daha əvvəldən baş məşqçi Sənan Qurbanovun "qara siyahısı"nda idi.

Hətta ötən yay onunla yolların ayrılması planlaşdırılırdı.

Legioner müdafiəçi son zamanlar tez-tez zədələnmisi üzündən ilk vaxtlar oynadığı kimi çıxış edə bilmirdi. Oynadığı qarşılaşmalarda da ciddi xətaları ilə yadda qalırdı.

Amma heyətin kasad olması və müdafiəçi qıtlığı onun məcburiyyətdən komandada qalmasına rəvac verirdi.

Ancaq bir neçə gün əvvəl argentinalı sabiq komanda üzvü Franki Floresin geri qaytarılması, Qurbanovun çoxdankı arzusunu reallığa çevirməyə zəmin yaratmış oldu.

33 yaşlı Boyoviç 2019-cu ildən "Keşlə"də çıxış edirdi. Arxada qalan müddətdə mərkəz müdafiəçisi meydana çıxdığı 45 matçda 3 qol və 1 asistlə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti