"Yuventus"un qapıçısı: "Qəzetlərə nifrət edirəm"

30 Noyabr 2019 11:50 İtaliya 556
"Yuventus"un qapıçısı: "Qəzetlərə nifrət edirəm"

"Yuventus"un qapıçısı Voyçex Şesnı qəzetlərə nifrət etdiyini deyib.

Sportinfo.az "Football İtalia"ya istinadən xəbər verir ki, polşalı qolkiper İtaliyada qəzet oxumadığını etiraf edib:

"Qəzetlərə nifrət edirəm. İtaliyaya gələndən sonra çox dəyişmişəm. Dili bilmirəm, mənim haqqımda nə yazdıqlarından xəbərsizəm. O vaxtdan qəzet oxumuram.

Futbolçuların qiymətləndirməsini görəndə məni gülmək tutur. Futbolçu ancaq özü öz qiymətini bilir. Bir qəzet İquainə 5,5 verir, digəri 7,5".

Digər Xəbərlər
Xəbər Lenti