Hazard yenə zədələndi

23 Fevral 2020 14:20 İspaniya 531
Hazard yenə zədələndi

“Rea”ın hücumşusu Eden Hazard zədələnib.

Sportinfo.az xəbər verir ki, belçikalı futbolçu dünən La Liqanın “Levante”yə qarşı keçirilən 25-ci turunun oyununda (0:1) 67-ci dəqiqədə meydanı tərk etmək məcburiyyətində qalıb.

Hazard bundan əvvəl də zədəli olmuşdu. Bu səbəbdən o, hazırkı mövsümdə cəmi 10 çempionat oyununda meydana çıxıb.

"Real"ın baş məşqçisi Zinəddin Zidan oyundan sonra keçirilən mətbuat konfransında Hazardın topuğundan ciddi zərbə aldığını deyib. O, zədənin ciddi ola biləcəyini söyləyib: "Tibbi müayinədən sonra hər şey aydınlaşacaq".

Digər Xəbərlər
Xəbər Lenti