Yeni baş məşqçi gətirdi - Azərbaycan millisinin rəqibi

18 Yanvar 2025 02:20 Hadisə 537
Yeni baş məşqçi gətirdi - Azərbaycan millisinin rəqibi

Azərbaycan komandasının DÇ-2026-cı il dünya çempionatının seçmə mərhələsindəki rəqibi olan İslandiya yığmasına yeni baş məşqçi təyin olunub.

Sportinfo.az xəbər verir ki, adalılara Arnar Qunnlauqsson rəhbərlik edəcək.

52 yaşlı mütəxəssislə müqavilənin müddəti hələ rəsmən açıqlanmayıb.

Son vaxtlara qədər Qunnlauqsson yerli "Vikinqur"un baş məşqçisi olub, bundan əvvəl isə bu klubda, "Reykyavik"də və "Haukar"da köməkçi məşqçi kimi də çalışıb.

D qrupunun Azərbaycan - İslandiya oyunları sentyabrın 5-də və noyabrın 13-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır