İtalyalı gözəl aparıcı ana oldu, stadiona qayıtdı - FOTOLAR

16 Aprel 2024 02:00 Hadisə 932
İtalyalı gözəl aparıcı ana oldu, stadiona qayıtdı - FOTOLAR

Təqribən bir il əvvəl "Liverpul"un keçmiş qapıçısı Loris Kariusun sevgilisi, məşhur idman aparıcısı Diletta Leotta haqqında yazmışdıq.

İtalyan gözəl yenə diqqət mərkəzindədir. Bu müddət ərzində onun həyatında ciddi dəyişiklik baş verib.

Ötən ilin avqustun 16-da Diletta və Loris cütlüyünün bir qızı olub. Körpəyə Aria adı verilib.

“Bu gün sayəndə yenidən doğuldum. Xoş gəldin, Aria! İstəyə biləcəyim ən yaxşı hədiyyə!” – deyə Leotta sevincli günündən sosial şəbəkə hesabında yazıb.

Ən maraqlısı isə odur ki, Aria anasının ad günündə doğulub.

Diletta ilk övladını 32 yaşında dünyaya gətirib. Amma bu, onun formasına qətiyyən təsir etməyib. Leotta tez bir zamanda işinin başına qayıdıb. O, A Seriya və Çempionlar Liqasının oyunlarını İtaliyada işıqlandıran DAZN kanalının izləyicilərini yenidən sevindirib.

Ana olan Loetta həmçinin valideynlik mövzusunda müzakirələr apardığı "Mamma Dilettante" podkastında da aparıcılıq etməyə başlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"