16 yaşlı idmançını öldürən Ruslanın məhkəməsində YAŞANAN GƏRGİNLİYİN VİDEOsu

26 Aprel 2023 12:40 Hadisə 1 395
16 yaşlı idmançını öldürən Ruslanın məhkəməsində YAŞANAN GƏRGİNLİYİN  VİDEOsu

Şağan olimpiya idman kompleksində gənc cüdoçu Turan Rüstəmovu qətlə yetirməkdə təqsirləndirilən Ruslan Səfixanovun növbəti məhkəmə prosesindən görüntülər yayılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə görüntülər jurnalist Orxan Rasifoğlu tərəfindən sosial şəbəkəyə yerləşdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesdə gərginlik yaşanıb. Belə ki, qətlə yetirilən 16 yaşlı Turanın nənəsi təqsirləndirilən şəxsə tez bir zamanda hökm oxunmasını istəyib.

Bundan öncəki məhkəmə prosesində isə Turanın yaxınları qatilin ömürlük həbs edilməsini tələb ediblər.

Hadisə ötən ilin noyabrında baş verib.

Sumqayıt şəhər sakini 2002-ci il təvəllüdlü Ruslan Səfixanovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Yevlax rayon sakini 2006-cı il təvəllüdlü Turan Rüstəmovu bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Ruslan Səfixanov Cinayət Məcəlləsinin 120.2.2 (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham olunub.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!
26 İyun 17:20 Gedənlər: Bu da 5…
26 İyun 16:20 Daha bir yeni müqavilə
26 İyun 04:00 Komandamız çempion oldu