“Əgər Rusiya Ermənistana kömək etməsə, geri qayıdacaq yeri olmayacaq”

6 Fevral 2023 01:20 Hadisə 1 207
“Əgər Rusiya Ermənistana kömək etməsə, geri qayıdacaq yeri olmayacaq”

“Əgər Rusiya indiki məqamda Laçın dəhlizinin yenidən açılması istiqamətində nəsə etməsə, o zaman geri qayıdacaq yeri olmayacaq”.

Belə bir fikir bu gün, fevralın 4-də İrəvanda keçirilən “Ermənistan və Rusiya-Qərb qlobal qarşıdurması, 2022-ci ilin nəticələri”, adlı dəyirmi masada Qafqaz İnstitutunun direktoru Aleksandr İskəndəryan tərəfindən səslənib.

Onun fikrincə, Rusiya “Ukrayna ilə haqq hesabı çürüdənə qədər” Ermənistanı gözlətməsi işə yaramayacaq.

“Çünki, birincisi (savaş müddətə qədər) biz sağ qala bilməyəcəyik, ikincisi, bu (Rusiya Ukrayna savaşı-red.) bitənə də oxşamır, üçüncüsü, deyək ki, bitsə belə kiminsə qılıncla ata minib Laçın dəhlizini geri qaytaracağı şübhəli görünür”, – deyə erməni politoloq bildirib.

Onun fikrincə, Rusiyanın Ermənistana münasibəti “pul yoxdur, amma sən bir az da döz” yanaşmasını xatırladır.

Aleksandr İskəndəryan bundan sonra Ermənistan üçün vəziyyətin daha da pisləşə biləcəyini söyləyib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"