Erməni qadın Qarabağda 9-cu uşağını doğdu və Azərbaycanı ittiham etdi - ABSURD

3 Fevral 2023 15:50 Hadisə 882
Erməni qadın Qarabağda 9-cu uşağını doğdu və Azərbaycanı ittiham etdi - ABSURD

“Mühasirədə olan Artsaxda Xosrovyanovlar ailəsində doqquzuncu uşaq doğulub”.

Erməni mediası belə bir xəbər yayıb.

Qarabağdakı qondarma rejimin “ictimai televiziyası”nın məlumatına görə, valideynlər körpəyə Emil adını veriblər. Erməni qadın uşaq qidası və bezlərinin olmamasından da şikayətlənib.

Qadın deyib ki, uşaq doğulmazdan əvvəl Arevik səkkiz uşağından ikisi ilə birlikdə Xankəndiyə köçüb. Əri “yanacağın olmaması” səbəbindən Çartardan Xankəndiyə gedə bilməyib. Bir neçə gündən sonra Arevik evə 6 övladı ilə ərinin yanına qayıdacaq.

Erməni mediası iddia edir ki, 44 günlük müharibə zamanı Xosrovlular Kəlbəcərdən Ermənistana köçmək məcburiyyətində qalıblar, lakin bir il burada yaşadıqdan sonra yenidən Qarabağa, Çartara qayıdıblar.

"Bizə dedilər: qal, iki evi itirmisən, sənə arayış verəcəklər və mən cavab verdim: bizə heç nə lazım deyil, biz Artsaxa qayıdırıq",- deyə Arevik daha sonra iddia edib.

08d574a1-9cde-48ba-8388-9ccddf4a162f.jpg (41 KB)

Digər Xəbərlər
Xəbər Lenti