Qurban Qurbanov nazir və Orxan Məmmədov bir araya gəldi, qazilər futbol oynadı - FOTOLAR

22 İyul 2022 00:00 Hadisə 1 009
Qurban Qurbanov nazir və Orxan Məmmədov bir araya gəldi, qazilər futbol oynadı - FOTOLAR

Vətən müharibəsində yaralanmış və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən yüksək texnologiyalı protezlərlə təmin edilmiş qəhrəman qazilərin futbol yarışı keçirilib.

Sportinfo.az xəbər verir ki, yarışı izləyənlər arasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, gənclər və idman nazirinin müavini Mariana Vasileva, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, millət vəkilləri, “Qarabağ”ın baş məqşçisi Qurban Qurbanov, onun “Zirə”dən olan həmkarı Rəşad Sadıqov və digər tanınmış şəxslər də olub.

Oyunda iştirak edən 14 iştirakçıdan 10-u yüksək texnologiyalı protezlərlə təmin edilən müharibə əlilləri, digərləri isə nazirlik əməkdaşları olub.

Maraqlı oyun epizodları ilə keçən oyunda şərti adlandırılan “Canavarlar” və “Aslanlar” komandaları üz-üzə gəlib.

Müharibə əlillərinin əzmkar mübarizəsi ilə yaddaqalan oyun “Canavarlar”ın 7:3 hesablı qələbəsi ilə yekunlaşıb. Yarışın sonunda iştirakçılara təşəkkürnamə və medallar təqdim edilib.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Vətən müharibəsinin 200 hərbçisi, ümumilikdə 324 müharibə əlili yüksək texnologiyalı son nəsil protezlərlə təmin edilib.

Təqdim edilən “Genium” tipli yüksək texnologiyalı protezlər aktivlik və funksionallığı ilə seçilir.

Vətən müharibəsində əzalarını itirən hərbçilərimiz son nəsil protezlər vasitəsilə aktiv həyata dönüş imkanı əldə edirlər. Hətta idman yarışlarında da iştirak edə bilmək bacarığına sahib olurlar.

Protezlə təmin edilmiş qazilər futbol oynadı







Digər Xəbərlər
Xəbər Lenti