"Mahirin komanda və məşqçilərlə ünsiyyəti az idi, onlara qarşı dürüst deyildi"

5 Fevral 2022 12:40 Hadisə 875
"Mahirin komanda və məşqçilərlə ünsiyyəti az idi, onlara qarşı dürüst deyildi"

"Mahir Emreli özünü pis hiss edə bilərdi, amma onun başı lazım olduğu kimi işləmədi".

Sportinfo.az xəbər verir ki, bunu "Legiya"nın futbolçusu Bartoş Kapustka sabiq komanda yoldaşı haqqında danışarkən deyib.

26 yaşlı yarımmüdafiəçi azərbaycanlı hücumçunun mövsümün əvvəlində yaxşı çıxış etdiyini bildirib:

"O, macərasının əvvəlində qollar vura biləcəyini sübut etdi. Emrelinin komanda və məşqçilər heyəti ilə ünsiyyəti az idi, onlara qarşı dürüst deyildi.

İlin sonunda onunla bağlı başqa məlumatlar aldıq. Qış tətilinə gedəndə vəziyyət dəyişdi. Bundan əlavə, mənim Mahirlə çox əlaqəm olmayıb".

"Legiya"dan ayrılan Mahir Emreli Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə 4,5 illik sözləşmə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!