
Bu ildən etibarən Premyer Liqaya təyinat alan hakim-inspektorların siyahısında dəyişiklik olub.
AFFA Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Fritz Stuxlik bu dəfə Rövşən Əhmədovu kənarlaşdırıb.
Buna səbəb onun imtahandan kəsilməsidir.
Rövşən Əhmədovla yanaşı, oğlu Rəşad Əhmədovu da Premyer Liqaya görəvləndirilən hakimlərin arasında görmürük.
Mövsümün ilk yarısında ən çox təyinat alan referilərdən biri olan mingəçevirli «fit sahibi» test normativlərini verə bilməyib.
SPORTİNFO.AZ