Azərbaycanda məşhur idmançının rəsmi instaqram hesabı oğurlandı - FOTO

8 Yanvar 2022 11:00 Hadisə 521
Azərbaycanda məşhur idmançının rəsmi instaqram hesabı oğurlandı - FOTO

Azərbaycan karateçisi, 5 dəfə dünya, 14 dəfə Avropa çempionu olan Rafael Ağayevin rəsmi instaqram hesabı oğurlanıb.

Sportinfo.az xəbər verir ki, o, bu səbəbdən özünə yeni hesab açıb.

İdmançı rəsmi səhifəsini geri qaytarmağa çalışsa da, hələ ki, buna nail ola bilməyib.

Məsələ burasındadır ki, hazırda Ağayevin rəsmi səhifəsi (aghayev_rafael) instaqramın axtarış sistemində tapılmır.

Məşhur karateçinin instaqram hesabı 2019-cu ildə rəsmən təsdiqlənmişdi. Həmin vaxt Ağayevin 226 min izləyicisi var idi.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!
26 İyun 17:20 Gedənlər: Bu da 5…
26 İyun 16:20 Daha bir yeni müqavilə
26 İyun 04:00 Komandamız çempion oldu