Ermənilər Lüksemburqda Azərbaycan mərkəzinə hücum etdi

18 May 2021 12:50 Hadisə 876
Ermənilər Lüksemburqda Azərbaycan mərkəzinə hücum etdi

“Bir neçə gün öncə, may ayının 13-də Lüksemburqda yerləşən Qarabağ Mədəniyyət Mərkəzinə (11A, Bld. Joseph II L-1840 Luxembourg) hücum edilib, qapı və pəncərələri sındırılıb, mərkəzə ciddi zərər vurulub”.

Sportinfo.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin yaydığı məlumatda deyilir.

Bildirilib ki, ABŞ, Avstraliya və digər ölkələrdə də erməni diasporunun oxşar aciz və qorxaq hərəkətləri müşahidə edilməkdədir:

“Bu kimi hallar gərginliyin daha da artırılmaması səbəbindən çox vaxt ictimailəşdirilmir.

Azərbaycan diasporundan daxil olan məlumatları ümumiləşdirərək qeyd edirik ki, Lüksemburqda baş verən hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edilib və hazırda insidentlə bağlı araşdırma aparılır. Ümidvarıq ki, baş verənlərə hüquqi qiymət veriləcək”.

Diasporla İş üzrə Dövlət Komitəsi soydaşlarımızı baş verən insidentlərə təmkinlə yanaşmağa, təxribatlara uymamağa, erməni diasporunu isə təxribatçı hərəkətlərdən əl çəkməyə, yaşadıqları ölkələrin qanunlarına hörmətlə yanaşmağa çağırıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!