Dekabrın 14-də Azərbaycanın veteran futbolçusu Elbrus Abbasov vəfat edib.
70 yaşlı sabiq hücumçu koronavirusdan dünyasını dəyişib.
Elbrus Osman oğlu Abbasov 1950-ci ildə Ağdam şəhərində anadan olub. E.Abbasov Azərbaycanın ən yaxşı bombardirlərindən, həmçinin ən titullu məşqçilərindəndir! O
, 1976-cı ildə rəqib qapısına 28 top vurub. "Qarabağ", "Neftçi" və "Kəpəz" klublarının sabiq hücumçusu işğaldan azad olunmuş Ağdam şəhərində noyabrın 28-də səfərdə olub.
Koronavirus xəstəliyi üzə çıxdıqdan sonra E.Abbasov elə doğma rayonunda müalicə alıb. Lakin vəziyyəti pisləşdiyi üçün veteran futbolçu Bakıya gətirilib və "Yeni klinika"ya yerləşdirilib. O, burada da həyatla vidalaşıb.
Sportinfo.az "Real"TV-nin Abbasovla bağlı hazırladığı videosüjeti təqdim edir:

