İki yarımmüdafiəçi almağı planlaşdırır - “Mançester Yunayted”

21:40 İngiltərə 96
İki yarımmüdafiəçi almağı planlaşdırır - “Mançester Yunayted”

“Mançester Yunayted” yay transfer dövründə yarımmüdafiə xəttini gücləndirmək niyyətindədir.

Sportinfo.az “The Times”-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” “Real”ın futbolçusu Orelyen Tçuameni ilə maraqlanmağa davam edir. Klub onu heyətinə qataraq, braziliyalı Edersonla birlikdə oynatmağı planlaşdırır.

“Atalanta”nın futbolçusu Edersonun transferi üzrə danışıqlar artıq yekun mərhələyə yaxınlaşıb.

“Transfermarkt” portalı Tçuameninin dəyərini 75 milyon avro olaraq qiymətləndirir. Fransa millisinin üzvünün Madrid klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

25 yaşlı yarımmüdafiəçi ötən mövsüm bütün turnirlərdə 49 oyunda meydana çıxıb, 2 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti