"Biz səni sevirik, hazırda hiss etdiyimiz yeganə şey ağrıdır"

26 Noyabr 2020 15:20 Gündəm 525
"Biz səni sevirik, hazırda hiss etdiyimiz yeganə şey ağrıdır"

"Bu gün (25 noyabr-red) inanılmaz dərəcədə kədərli gündür.

Dieqomuz bizi tərk etdi. Onu olduğu kimi sevən ürəklərimiz bir anlıq dayandı. Hazırda hiss etdiyimiz yeganə şey ağrıdır".

Sportinfo.az xəbər verir ki, bu fikirləri FIFA prezidenti Canni İnfantino qurumun rəsmi saytına açıqlamasında dünya futbolunun əfsanəsi Dieqo Maradonanın ölümü barədə danışarkən deyib.

Maradona dünən 60 yaşında ürəktutmasından vəfat edib. Funksioner bildirib ki, argentinalı veteran hücumçu əbədi olaraq qəlblərdə yaşayacaq:

"Maradona həmişəlik bütün futbol nağılları tarixində önəmli yer tutacaq. Bu çətin vaxtda ailəsinə və dostlarına səmimi qəlbdən başsağlığı veririk. Rahat yat, Dieqo. Biz səni sevirik".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu