
Mövsümün startından bu yana zədəli futbolçuların çoxluğundan əziyyət çəkən “Turan Tovuz” yenə eyni durumdadır.
Qərblilərin 4 futbolçusu “Qəbələ” ilə oyunda iştirak etməkdən məhrumdur.
Bunlar kapitan Şəhriyar Əliyev, Piruzi Marakvelidze, Slavik Alxasov və Martin Petkovdur.
Bolqar futbolçunun zədədən qurtulduğunu demək olar. Lakin hələ tam gücü ilə oynamağa hazır deyil. Odur ki, Qəbələdəki görüşdə meydana çıxacağı inandırıcı görünmür.
Maraq üçün bildirək ki, “Qəbələ”nin heyətində sarı vərəqə limitini dolduran Zurab Oçiqava və zədəsinin müalicə etdirən Emil Səfərov ştirak edə bilməyəcək. Feras Abu Akal isə yayda aldığı zədə səbəbindən bu il meydana çıxmaqdan məhrumdur.
Noyabrın 25-də keçiriləcək “Qəbələ” – “Turan Tovuz” matçı saat 16:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ