Daha XƏBƏRDARLIQ olmayacaq! – İrəvan Bakının mesajını yenə tərs oxudu

20 Mart 2023 15:50 Gündəm 940
Daha XƏBƏRDARLIQ olmayacaq! – İrəvan Bakının mesajını yenə tərs oxudu

Qulaq vaxtaşırı bir erməni yalanı, yaxud erməni böhtanı eşitməsə, yəqin ki, kar olar.

Mənfur qonşularımızın nə dərəcədə islahedilməz, arsız və şərəfsiz bir toplum olduğuna hər gün dönə-dönə əminlik hasil eləməkdəyik.

Keçək mətləbə.

Prezident İlham Əliyev dünən Tərtərin Talış kəndində Novruz bayramı ilə bağlı xalqa müraciətində Ermənistanla sülh müqaviləsinin əsas şərtini də bəyan elədi: İrəvan Qarabağın Azərbaycan ərazisi olduğunu rəsmən qəbul və təsdiq eləməli, postmüharibə reallıqları ilə barışmalıdır.

Onu da söylədi ki, əgər ermənilər 29 min kv km-lik ərazidə (BMT-nin Ermənistan adında tanıdığı saxta dövlətin ərazisi məhz bu qədərdir) rahat yaşamaq istəyirsə, Azərbaycana qarşı ərazi iddiasından əl çəksinlər, bizimlə sülh müqaviləsi imzalasınlar, əgər Ermənistan ərazi bütövlüyümüzü tanımayacaqsa, biz də onun ərazi bütövlüyünü tanımayacağıq.

photo_146560.jpg (71 KB)

Tam məntiqli, sırf beynəlxalq hüquqa söykənən, ağlı yerində olan hər kəsin anladığı sadə və aydın dildə ifadə edilmiş haqlı və ədalətli bir tələb. Daha necə, hansı şəkildə deyilməlidir? Yəni Ermənistana rəsmi səviyyədə ərazi iddiamız yoxdur, – baxmayaraq ki, o, qədim Türk torpaqların yaradılıb, - Ermənistanın da Azərbaycana qarşı ərazi iddiasından imtina eləməlidir!

Amma kimə deyirsən? Erməni erməni olmazdı ki, öz üfunətli xislətini yenə büruzə verməsin. Təsəvvür edin, İlham Əliyevin bu sözlərindən sonra Ermənistan XİN-in yaydığı bəyanatda Azərbaycan həyasızcasına müharibə tərəfdarı (!) kimi təqdim edilir. “Azərbaycan əlindən gələni edir ki, bölgədə sülh olmasın”, – deyə açıqlamada qeyd olunur.

Qəribədir, o hansı sülhdür elə ermənilərin təsəvvüründə ki, Azərbaycan onu istəmir? Bunlar ya özlərini qanmazlığa qoyublar, ya da paralel dünyada yaşayırlar. Yaxud hər ikisidir. Yəni sözün bitdiyi yer? Həm hə, həm yox. Çünki davamı var.

Məsələ ondadır ki, bəyanatda qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmaq kimi haqqı Azərbaycanın Ermənistana ərazi iddiası kimi təqdim edilib. Halbuki heç bir sənəddə, özəlliklə “Qayıdış konsepsiyası”nda belə bir qeyd yoxdur. Zira, terror məkanı Ermənistandan fərqli olaraq, Azərbaycan beynəlxalq hüququn təməl prinsiplərinə sayğılı, sülhpərvər dövlətdir.

Necə olur, ermənilər Qarabağdakı bir ovuc köçmən erməninin “haqları”ndan danışanda bu, Azərbaycana qarşı ərazi iddiası sayılmır, yüz minlərlə qərbi azərbaycanlının öz tarixi yurd yerlərinə qayıtmaq istəyi isə ərazi iddiası hesab olunur. Biz hələ soydaşlarımızın öz müqəddəratını təyinetməsindən söz açmırıq, nə barədə ki, yenə heç bir sənəddə qeyd-tələb yoxdur. Sadəcə, öz vətənlərinə təhlükəsiz şəkildə geri dönməkdən söhbət gedir. O zaman bu nə həşirdir? Soğan yeməmisinizsə, gözünüz niyə göynəyir?

Beləcə, biz bu başdan xəstə hayları heç cür başa sala bilmirik ki, sülh sənədində Qarabağ sözünün “Q”sı belə ola bilməz, çünki bu, öz əlimizlə öz ərazi bütövlüyümüzü şübhə altına qoymaq demək olar! Məgər Ermənistan razı olar ki, sülh sazişində “Qərbi Zəngəzur”, “qərbi azərbaycanlılar” ifadələri yer alsın?..

Bütün bunların fonunda, 44 günlük müharibədən sonra da ermənilər heyrətamiz sırtıqlıqla üstəlik, “iki erməni dövləti”ndən dəm vururlar. Ermənistan adlı qondarma dövlətin özü düz-əməlli suverenlik atributlarına malik olmaya-olmaya! Bir ölkənin ki, sərhədlərini SSRİ dağılandan başqa bir dövlət – Rusiya qoruyur, ərazisində Rusiyanın hərbi bazaları var, İrəvandakı beynəlxalq hava limanında təhlükəsizliyi belə rus hərbçilər təmin edir, o, hansı üzlə özünə suveren dövlət deyir görəsən?..

Ermənistan XİN-in bəyanatdakı daha bir absurd haqda. Demə, qonşu ölkəni monoetnik dövlət adlandırmağımız hayların xoşuna gəlmirmiş.

Sitat: “Azərbaycan Ermənistana qarşı yeni ittiham tapıb. Bizi monoetniklikdə ittiham edir. Ermənistandan fərqli olaraq Azərbaycanın çoxmillətli ölkə olması görüntüsünü yaratmağa çalışırlar. Ermənistanın Konstitusiyasına görə, ölkənin ali qanunvericilik hakimiyyətində (parlamentdə - Z.S.) 4 milli azlığın mandatı var, özünü çoxmillətli hesab edən Azərbaycanda isə belə tənzimləmə yoxdur”.

Yenə ağ yalan, yenə iftira. Əvvəla, Azərbaycan parlamentində bütün milli azlıqların deputatları təmsil olunub. İkincisi, monoetnik Ermənistanda o, hansı milli azlıqlardır elə? Erməniləşdirilmiş 5-6 yezidi kürdünü , erməni soyadlı 1-2 yəhudini və ya erməniləşmiş 3-4 yunanımı nəzərdə tutursunuz?

Ordan-burdan bir neçə “etniki” tapıb parlamentdə oturtmaq nə çətin iş imiş görən? Bununla əhalisinin 99 faizi erməni olan Ermənistan çoxmillətli dövlətmi oldu indi? Bəs o “4 mandat” yeri olan milli azlıqlar harada, hansı ərazidə yaşayır, bilən varmı?

Söz düşmüşkən, deputat mandatı daşımış etniklərdən biri də Xocalı canisi Serj Sərkisyanın “sağ əli”, parlamentin sabiq vitse-spikeri, hazırda radikal müxalifətçi Respublikaçılar Partiyasının sədr müavini, yunan əsilli Eduard Şarmazanovdur. Ermənidən betər erməni! (Başqa hansı “etnik”ə mandat verər ki erməni?) Hər addımda Azərbaycana qarşı ərazi iddiasını dilə gətirən, hətta Azərbaycan dövlətinin varlığını danan, Türkə sonsuz nifrəti olan, müharibə tərəfdarı, revansist ünsürün biri Şarlatan Şarmazanov. “Andranik Ozanyan” (tayqulaq Andranik), faşist “Qaregin Njde” medallarına layiq görülmüş təhlükəli Türk düşməni!

Onumu nəzərdə tutursunuz?..

“Əfsus ki, İkinci Qarabağ müharibəsi Ermənistana hələ də dərs olmayıb. Çünki biz görürük ki, Ermənistanda revanşist qüvvələr baş qaldırıb. Ermənistanda yenə də Azərbaycana qarşı ərazi iddiaları qaldırılır. Biz Ermənistan rəhbərliyini bu çirkin əməllərdən çəkindirmək üçün xəbərdar edirik. Ermənistanın arxasında dayanan bəzi ölkələri də bax, buradan – azad edilmiş Talış kəndindən xəbərdar edirik ki, əl çəkin bu çirkin əməllərdən. Azərbaycan dövlətinin, xalqının iradəsinə heç bir kənar qüvvə təsir edə bilməz”.

Bu mesajı da İlham Əliyev dünən Talışdan çox sadə və aydın dildə Ermənistana və onun havadarlarına ünvanladı. Daha xəbərdarlıq olmayacaq, cənab haylar”! Ardınca nə gəlir, gərək ki, onu yaxşı bilirsiniz...

Zahid SƏFƏROĞLU

Digər Xəbərlər
Xəbər Lenti