2500 dollar qarşılığında Azərbaycan klubuna keçdi

7 İyul 2022 14:00 Gündəm 1 745
2500 dollar qarşılığında Azərbaycan klubuna keçdi

"Kəpəz" bu gün daha bir legionerin keçidini həll edib.

Cinah yarımmüdafiəçisi mövqeyində oynayan Mate Kvirkviya ilə birillik müqavilə imzalanıb.

26 yaşlı gürcü son olaraq ölkəsində "Qaqra"nın şərəfini qoruyub. Kvirkviya Tbilisi "Dinamo"su və "Torpedo" ilə Gürcüstan çempionu olub .

Gürcüstanın müxtəlif yaş qruplarından ibarət milli komandaların da formasını geyinmiş Mate Gəncə təmsilçisinə münasib qiymətə başa gəlib.

Burada çıxış edəcəyi hər ay üçün 2500 dollar əməkhaqqı alacaq.

"Kəpəz" daha əvvəl gürcüstanlı Giorgi Kantariya ilə sözləşmə imzalayıb. Qərblilər onunla 1 illik müqavilə imzalayıb.

25 yaşlı futbolçu “Telavi"dən gəlib. Ölkəsinin U-21 millisində də çıxış etmiş Kantariya “Kəpəz"də olduğu müddətdə 30 min dollar qazanacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti