"Sülh sazişindən sonra Ermənistanın bir dövlət kimi sürətlə parçalanması başlayacaq"

30 May 2023 07:10 Gündəm 773
"Sülh sazişindən sonra Ermənistanın bir dövlət kimi sürətlə parçalanması başlayacaq"

"Nikol Paşinyan dövlətin məğlubiyyətinin texniki parametrlərini açıqlayıb.

Onların aşkarlığı sayəsində danışıqların kölgə mərhələsinə son qoyan yeni vəziyyət yaranıb. Prosesin texniki tərəflərinin həllindən sonra nə baş verəcək?"

Bu barədə İrəvanda fəaliyyət göstərən Alternativ layihələr qrupunun həmtəsisçisi, yerli polotoloq Vahe Ovannisyan öz məqaləsində yazıb.

“Nikol danışıqların məzmununu heç vaxt deməyəcək. Bu, nə özünün, nə də vasitəçilərin maraqlarına uyğundur.

Texniki məsələlərdən sonra isə Ermənistanın bir dövlət kimi sürətlə parçalanması başlayacaq.

Azərbaycanın bu parçalanmanı dərin və dönməz hala gətirmək üçün çoxlu vasitələri (beynəlxalq ictimaiyyət üçün məqbul) olacaq”,-deyə revanşist siyasi ekspert bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!