
“Müqavilələr həmişə iki və ya daha çox tərəf arasında bağlanır və ictimaiyyət üçün nəzərdə tutulmur“.
Sportinfo.az xəbər verir ki, AFFA Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Fritz Stuxlik bu açıqlama ilə çıxış edib.
Avstriyalı funksionerin vaxtından əvvəl Azərbaycanı tərk edə biləcəyiz barədə məlumatda məlumatlar yayılıb. 2018-cu ildən AFFA-da vəzifə tutan əcnəbi mütəxəssis iş yerindən ayrılmağa hazırlaşmadığını bildirib:
“Yadınızdadırsa, AFFA İcraiyyə Komitəsi ötən ilin yayında mənimlə davam etmək qərarına gəlib.
Fikrimcə, hər iki tərəf - AFFA və mən müqaviləyə sadiqik və ona görə də sözləşməm bitməmiş ölkəni tərk etməyəcəm. Ola bilər ki, biz gələcək əməkdaşlıq haqqında razılığa gələk“.