Fərid oynadı, komandası uğur qazandı

18 İyun 2020 23:40 Avropa çempionatı 690
Fərid oynadı, komandası uğur qazandı

Futbol üzrə Çexiya 2-ci divizionunda 24-cü turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı futbolçular – Fərid Nəbiyevlə Samir Qurbanovun formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Jihlava” ilə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan qələbə ilə ayrılıb - 1:0. Fərid də bu görüşün iştirakçısı olub.

O, start heyətdə meydana çıxıb və 58-ci dəqiqədə əvəzlənib. Cari mövsümdə iki qol vuran Nəbiyev bu dəfə fərqlənə bilməyib. Əvəzedici komandanın üzvü olan Samir isə bu görüşün iştirakçısı olmayıb.

“Viktoriya” hazırda 44 xalla 16 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti