
AÇ-2024-ün seçmə mərhələsində 9-cu tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, daha 3 qrupda 7 oyun keçirilib.
B qrupunda Niderland evdə İrlandiyanı məğlub edərək final mərhələsinə yüksəlib. Fransa millisi isə Cəbəllütariqi 14 cavabsız qolla darmadağın edib.
D qrupundakı matçlardan sonra ikinci vəsiqənin sahibinə sonuncu turda aydınlıq gələcək.
I qrupunda isə Rumıniya İsraili məğlub edib. Bununla da, digər qarşılaşmaların nəticəsindən asılı olmayaraq, Rumıniya və İsveçrə Almaniyada keçiriləcək qitə birinciliyinə vəsiqə qazanıb.
B qrupu
Fransa – Cəbəllüttariq -14:0
Qollar: Santos, 3-avtoqol, 4, Türam, 4, Emeri, 16, Mbappe, 30-pen. 75, 82, Klauss, 34, Koman, 36, 66, Fofana, 37, Rabyo, 64,.Dembele, 73, Jiru, 89, 90+1
Niderland – İrlandiya - 1:0
Qollar: Veqorst, 12
Xal durumu: Fransa – 21. Niderland – 15. Yunanıstan – 12. İrlandiya – 6. Cəbəllüttariq – 0.
D qrupu
Ermənistan – Uels - 1:1
Qollar: Zelarayan, 5 - Tikinisyan, 45+2-avtoqol
Latviya – Xorvatiya - 0:2
Qollar: Mayer, 7, Kramariç, 16
Xal durumu: Türkiyə – 16. Xorvatiya - 13, Uels – 11. Ermənistan – 8. Latviya – 3.
İ qrupu
Belarus – Andorra - 1:0
Qol: Laptev, 83
İsrail – Rumıniya - 1:2
Qollar: Zahavi, 2, Puşkaş, 10, Haci, 63
İsveçrə – Kosovo - 1:1
Qollar: R.Varqas, 47 - M.Hiseni, 82
Xal durumu: Rumıniya - 19. İsveçrə – 17. İsrail – 12. Kosovo – 11. Belarus – 9. Andorra – 2.