İsveçrə millisi Bakını yox, Romanı seçdi

10 Dekabr 2019 11:54 Avropa çempionatı 1 053
İsveçrə millisi Bakını yox, Romanı seçdi

AÇ-2020-nin final mərhələsində yer aldığı A qrupunun iki oyununu Bakıda keçirəcək İsveçrə millisinin təlim-məşq planı müəyyənləşib. Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, hazırlığa ölkənin Bad-Raqats bölgəsində start verəcək yığma komanda turnirin startı öncəsi iki yoldaşlıq oyunu keçirəcək.

Baş məşqçi Vladimir Petkoviç komandasını mayın 31-də Bazeldə Almaniya, iyunun 6-da isə Sankt-Qallendə Lixtenşteynlə görüşlərdə yoxlayacaq.

İsveçrə seçməsinin çempionat müddətində təlim-məşq bazası isə Bakıda deyil, Romada olacaq. Ancaq komanda iki oyununu Bakı Olimpiya Stadionunda keçirəcəyindən paytaxtımızda da bir neçə gün qalmağı planlaşdırır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 14:20 Bir də yayda qayıdacaq