"İki oyunu Bakıda keçirmək bizim üçün üstünlükdür" - Millinin meneceri

3 Dekabr 2019 14:15 Avropa çempionatı 848
"İki oyunu Bakıda keçirmək bizim üçün üstünlükdür" - Millinin meneceri

"Mən baş məşqçimiz Şenol Günəşə də, komandaya da inanıram. Biz Avropa çempionatında da inamlı çıxış edəcəyik".

Sportinfo.az xəbər verir ki, bu sözləri Türkiyə millisinin meneceri Səlim Soydan yerli mətbuata açıqlamasında deyib. Final mərhələsinin püşkatmasını dəyərləndirən Türkiyə Futbol Federasiyası rəsmisi iki oyunun Bakıda keçirilməsini özləri üçün üstünlük hesab edib:

"İtaliya kimi çox yaxşı komanda ilə oynayacağıq. Bizə fərqi yoxdur. Kimlə qarşılaşsaq, udarıq. İtaliyada oynayan futbolçularımız var. Bundan öz xeyirimizə yararlanmaq olar. İsveçrə və Uelslə Bakıda oynamaq da bizim üçün üstünlükdür. Bir az bəxtə də ehtiyacımız var. Uğur qazanacağımıza inanıram".

Qeyd edək ki, A qrupunun üç oyunu - Uels - İsveçrə, Türkiyə - İsveçrə və Türkiyə - Uels matçları Bakı Olimpiya Stadionunda keçiriləcək. Bundan başqa, turnirin 1/4 final mərhələsinin bir qarşılaşması da paytaxtımızda olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"