Ərdoğanın arzusu çin oldu - "İnşallah, Bakıda oynayarıq"

1 Dekabr 2019 14:14 Avropa çempionatı 1 274
Ərdoğanın arzusu çin oldu -

Türkiyənin NTV kanalının şərhçisi Rıdvan Dilmən AÇ-2020-nin püşkatma mərasimindən öncə ölkə başçısı Rəcəb Tayyib Ərdoğanla telefon danışığını canlı yayımda açıqlayıb.

Sportinfo.az xəbər verir ki, tanınmış jurnalistin sözlərinə görə, prezident TANAP-ın açılışında "Qazprom"un rəhbəri Aleksey Millerə milli komandanın qrup oyunlarını Bakıda keçirəcəyini arzuladığını deyib:

"Ərdoğanla danışdım. Püşkdən öncə TANAP-ın rəhbərinə deyib ki, inşallah, Roma ilə Bakı qrupuna düşərik. Deməli, qəlbi təmizdir. Artıq onun müzakirəsini etmişik. İki oyunumuz Bakıda olacaq. Hər şey ölkəmizin istədiyi kimi oldu. Bakıda 10 günə yaxın qalacağıq".

Qeyd edək ki, Avropa çempionatında A qrupunun Uels - İsveçrə, Türkiyə - Uels və İsveçrə - Türkiyə matçları, eyni zamanda 1/4 final mərhələsinin bir oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı