AÇ-2020: Bakıdakı oyunlar üçün 12 və 20 min bilet - UEFA açıqladı

30 Noyabr 2019 14:52 Avropa çempionatı 1 354
AÇ-2020: Bakıdakı oyunlar üçün 12 və 20 min bilet - UEFA açıqladı

UEFA AÇ-2020-nin final mərhələsində iştirak edəcək komandaların azarkeşləri üçün ayrılan biletlərin sayını açıqlayıb.

Sportinfo.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, oyunlarını Bakıda keçiriəcək ölkələrin tərəfdarlarına qrup mərhələsi üçün 20 min, 1/4 final mərhələsinin görüşü üçün isə ümumilikdə 12 min bilet ayrılıb.

Ev sahibi olan digər şəhərlərdə isə göstərici aşağıdakı kimidir:

Qrup mərhələsi

Kopenhagen - 14 min bilet

Amsterdam, Bakı, Bilbao, Buxarest, Budapeşt, Dublin, Qlasqou və Sankt-Peterburq - 20 min bilet

Münhen, Roma - 24 min bilet

London - 28 min bilet

1/8 final mərhələsi

Amsterdam, Bilbao, Buxarest, Budapeşt, Kopenhagen, Dublin, Qlazqo, London - 12 min bilet

1/4 final mərhələsi

Bakı, Münhen, Roma, Sankt-Peterburq - 12 min bilet

Yarımfinal

London - 24 min bilet

Final

London - 26 min bilet

Qeyd edək ki, biletlər dekabrın 4-dən etibarən satışa çıxarılacaq. Ən ucuz biletin qiyməti Bakı və Buxarestdə keçiriləcək oyunlar üçün 30, digər şəhərlərdəki matçlar üçün 50 avro olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 14:20 Bir də yayda qayıdacaq