Millətlər Liqası: pley-offda kim kiminlə oynayacaq?

20 Noyabr 2019 14:07 Avropa çempionatı 1 065
Millətlər Liqası: pley-offda kim kiminlə oynayacaq?

AÇ-2020-nin final mərhələsində iştirak edəcək son 4 komanda Millətlər Liqasında keçiriləcək pley-off oyunlarından sonra məlum olacaq.

Sportinfo.az xəbər verir ki, dünən yekun vurulan seçmə mərhələ matçlarından sonra pley-off-da iştirak edəcək 16 komanda müəyyənləşib.

Bunlar İslandiya, Bosniya və Herseqovina, Slovakiya, İrlandiya, Şimali İrlandiya, Şotlandiya, Norveç, Serbiya, Bolqarıstan, İsrail, Macarıstan, Rumıniya, Gürcüstan, Şimali Makedoniya, Kosova və Belarus yığmalarıdır.

Əvvəldən də məlum olduğu kimi, Millətlər Liqasında A, B, C və D liqalarında yer alacaq yığmalar yarımfinal və final oyunlarında iştirak edəcəklər. Hər qrupun qalibi Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacaq.

İki liqada üz-üzə gələcək cütlüklər artıq bəllidir. B liqasında Bosniya və Herseqovina Şimali İrlandiya ilə, Slovakiya isə İrlandiya ilə qarşılaşacaq. Millimizin mübarizə apardığı D liqasında Kosovo Şimali Makedoniya, Gürcüstan isə Belarusla münasibətlərinə aydınlıq gətirəcək.

C liqasında hələlik yalnız Norveçin Serbiya ilə oynayacağı bilinir. Digər iştirakçı Şotlandiyanın rəqibi isə püşkdən sonra müəyyənləşəcək. Rəqib Bolqarıstan, İsrail, Macarsıtan və ya Rumıniya komandalarından biri olacaq. Yerdə qalan 3 komanda isə İslandiya ilə birgə A liqasında pley-off oynayacaqlar. Burada da rəqiblər püşklə müəyyənləşəcək.

Qeyd edək ki, yarımfinal oyunları gələn il martın 26-da, final matçları isə 31-də keçiriləcək.

A liqası

İslandiya - Bolqarıstan/Macarıstan/İsrail/Rumıniya kollektivlərindən

Bolqarıstan/Macarıstan/İsrail/Rumıniya - Bolqarıstan/Macarıstan/İsrail/Rumıniya

B liqası

Bosniya və Herseqovina - Şimali İrlandiya

Slovakiya - İrlandiya

C yolu

Şotlandiya - Bolqarıstan/Macarıstan/İsrail/Rumıniya

Norveç - Serbiya

D yolu

Gürcüstan - Belarus

Şimali Makedonya - Kosovo

Qeyd edək ki, Avropa çempionatının 4 oyunu Bakıda keçiriləcək. İyunun 13-də, 17-də və 21-də A qrupunun matçları, iyulun 4-də isə 1/4 final mərhələsinin qarşılaşması Bakı Olimpiya Stadionunda baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"