Türkiyə AÇ-nin astanasında - Kosovo üçün "ölüm-qalım" oyunu

14 Noyabr 2019 12:04 Avropa çempionatı 876
Türkiyə AÇ-nin astanasında - Kosovo üçün

Bu gün AÇ-2020-nin seçmə mərhələsində növbəti oyunlar keçiriləcək. Sportinfo.az xəbər verir ki, 3 qrupda ümumilikdə 7 qarşılaşma olacaq.

Gecənin ən maraqlı görüşü heç şübhəsiz, İstanbulda oynanılacaq. Final mərhələsinin 1 addımlığında olan Türkiyə millisi doğma azarkeşləri önündə İslandiyanı qəbul edəcək. Hazırda 19 xalla H qrupuna başçılıq edən "ay-ulduzlar"a final mərhələsinə vəsiqəni rəsmiləşdirmək üçün cəmi 1 xal lazımdır. Qrupun digər oyunlarında Fransa Moldova, Albaniya isə Andorra ilə üz-üzə gələcək.

A qrupunda keçiriləcək Çexiya - Kosovo görüşü hər iki komanda üçün önəm daşıyır. Meydan sahibləri qələbə qazanacağı təqdirdə final mərhələsinə vəsiqəni rəsmiləşdirəcək. Kosovo isə çətin səfərdən qələbə ilə qayıdıb, ümidlərini son tura saxlamaq niyyətindədir. Bu qrupdakı digər oyunda İngiltərə Monteneqronu sınağa çəkəcək. Bu görüşdə ingilislərə heç-heçə də kifayət edəcək.

B qrupunda əsas mübarizə 2-ci yer uğrunda - Portuqaliya və Serbiya arasında gedir. 11 xalla 2-ci sırada olan son Avropa çempionları evdə Litva, 1 xalaz toplayan Serbiya isə Lüksemburqla qarşılaşacaq. Hər iki komanda qələbə qazanacağı halda bütün suallara son turda aydınlıq gələcək.

AÇ-2020-nin seçmə mərhələsi

14 noyabr

A qrupu

23:45. Çexiya - Kosovo

23:45. İngiltərə - Monteneqro

1 İngiltərə 6 5 0 1 26-6 15
2 Çexiya 6 4 0 2 11-9 12
3 Kosovo 6 3 2 1 12-10 11
4 Monteneqro 7 0 3 4 3-14 3
5 Bolqarıstan 7 0 3 4 5-17 3

B qrupu

23:45. Portuqaliya - Litva

23:45. Serbiya - Lüksemburq

1 Ukrayna 7 6 1 0 15-2 19
2 Portuqaliya 6 3 2 1 14-6 11
3 Serbiya 6 3 1 2 12-13 10
4 Lüksemburq 6 1 1 4 5-11 4
5 Litva 7 0 1 6 5-19 1

H qrupu

21:00. Türkiyə - İslandiya

23:45. Fransa - Moldova

23:45. Albaniya - Andorra

1 Türkiyə 8 6 1 1 16-3 19
2 Fransa 8 6 1 1 21-5 19
3 İslandiya 8 5 0 3 12-10 15
4 Albaniya 8 4 0 4 14-10 12
5 Andorra 8 1 0 7 1-16 3
6 Moldova 8 1 0 7 2-22 3
Digər Xəbərlər
Xəbər Lenti