AÇ-yə vəsiqə qazanmamış forma təqdimatı etdilər - FOTOLAR

11 Noyabr 2019 15:40 Avropa çempionatı 713
AÇ-yə vəsiqə qazanmamış forma təqdimatı etdilər - FOTOLAR

İspaniya, İtaliya, Almaniya, İsveç və Belçika milli komandalarının AÇ-2020-nin final mərhələsində geyinəcəyi formalar ictimaiyyətə təqdim olunub.

Sportinfo.az xəbər verir ki, geyim dəstləri "Adidas" şirkəti tərəfindən hazırlanıb. Təqdimat mərasimində almanlardan Toni Kroos, ispanlardan Alvaro Morata, isveçlilərdən milliləşdirilmiş qanalı Robin Kvamina Kvayson, belçikalılardan isə Mişi Batşuayi iştirak ediblər. İtalyanlardan isə kimsə təmsil olunmayıb.

Maraq çəkən başqa məqam ondan ibarətdir ki, forma təqdimatı edənlərdən Almaniya və İsveç milliləri hələ qitə birinciliyinə vəsiqə qazanmayıblar.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda